Endokrinloq, PHD, Dr. Aytən

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova

�ABŞ Harvard Universitetində təkminləşdirmə dərəcəsi almış, �Tibb üzrə fəlsəfə doktoru, �Ali dərəcəli endokrinoloq. �+99451-303-77-77
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


14 Hours ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Şəkərli diabet xəstələrinin bilməsi gərək olan 6 məsləhət 1. Zədələnmə riskini nəzərə alaraq, dırnaqların və döyənəklərin təmizlənməsi zamani iti və kəsici əşyalardan (qayçı, döyənək bıçaqları, ülgüc) istifadə etməyin. Həmçinin döyənək və ya dırnaqları yumşaldan vasitələrdən (döyənək məlhəmlərindən, plastırlardan) hec vaxt istifadə etməyin. 2. Pəncərələrdə zədələnmiş dərini təmizləmək üçün spirtli məhlulardan (yodun spirtli məhlulu, brilliant yaşılı – “zelyonka”), həmçinin qatılaşdırılmış tünd kalium permanqanat məhlulundan istifadə etməyin. 3. Ayaqları qızdırıcının (elektrik daxil olmaqla), buxar istilik batareyalarının, elektrik qızdırıcılarının köməyi ilə isitməyin. 4. Ayaqqabısız gəzməyin, hətta evdə belə corab və ya cust (şəp-şəp) geyinin. Bu, həm pəncə dərisinin zədələnmə riskini azaldır, həm də pəncəyə düşən ağırlığın artmasını aradan qaldırır. Yüksək sürtülmə ehtimalı olduğu üçün yalın ayağa ayaqqabı geyinməyin. 5. Bütün gün ərzində və ya intensiv fiziki yük ( tez yürüş, başqa hərəkət aktivliyi) nəzərdə tutulubsa, yeni ayaqqabı geyinməyin. 6. Siqaret çəkmək orqanizmə ziyandır, xüsusən də ayaqlarınızın sağlamlığı baxımından təhlükəlidir. Siqareti atmaq heç zaman gec deyil!. immunitet.az

17 Hours ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Yodun zoba təsiri. Yod insanın inkişafı üçün vacib elementdir. Yod çatışmazlığı yarananda zob əmələ gəlir. Ümumiyyətlə, yod çatışmazlığını aradan qaldırmaq üçün yodlaşdırılmış duzdan istifadə etmək məsləhət görülür. Qeyd edək ki, ölkəmizdə yod çatışmazlığı problemi var. Şəki, Zaqatala, Quba, Qusar kimi rayonlarda bu problem daha qabarıqdır. Zob xəstəliyinin əsas səbəbi də orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Belə ki, qalxanvari vəzin funksiyası pozulduqda o normadan ya çox işləyir, ya da az. Bu isə özünü müxtəlif əlamətlərlə büruzə verir. Məsələn, qalxanvari vəzin hipofunksiyası, yəni az işlədiyi zaman halsızlıq, ümumi zəiflik, yuxululuq, dərinin quruması, saçın tökülməsi kimi hallar baş verir. Həmçinin ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğunluqlar olur. Qalxanvari vəzin hiperfunksiyası, yəni normadan çox işləməsi də orqanizm üçün xeyirli heç nə vəd etmir. Belə hal xalq arasında zəhərli zob kimi də tanınır. Zobdan əziyyət çəkənləri xaricən tanımaq asandır.Gözlərin bərəlmiş olması, çox arıq, əsəbi olması, ürəyin tet-tez döyünməsi zobun əlamətlərindəndir. Belə insanlar həmişə istilənir, ürək döyünmə çox olduğuna görə tövşüyürlər. Xəstəlik nəticəsində insanlar həddindən artıq səbrsiz, kəmhövsələ olurlar. Belələrində tərləmə güclü olur, əlləri isə əsir. Bu cür əlamətləri hiss edən adam mütləq endokrinoloqa müraciət etməlidir. Çünki zob müalicə olunan xəstəlikdir. Ümumiyyətlə, isə hər bir insanın yoda ehtiyacı var. Uşaqların, hamilə qadınların, əqli işlə məşğul olanların yoda tələbatı daha çoxdur. Amma həkimlər texniki yodla, orqanizmə lazım olan yodu səhv salmamağı tövsiyə edir. Yodun ağzını açıb yataq otağına qoyulması və qalxanvari vəzin üstünə çəkilməsinin mənfi hallara səbəb olur,çünki o, texniki yoddur, orqanizm onu mənimsəyə bilmir. Suyun içinə yod damızdırıb içirlər. Bu, vəzdə böyümə zamanı daha pis nəticə verə bilər. Çünki yod artıq böyümüş vəzi qıcıqlandırır, daha da böyüdür. Yod çatışmazlığı olduqda həblər şəklində satılan yod preparatları qəbul edilməlidir. Orqanizmin tələbatını ödəmək üçün yodla zəngin qida məhsullarının istifadəsi də zəruridir.

1 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Piylənmə Piylənmə – bədəndə piy toxumasının toplanması nəticəsində bədən çəkisinin artmağıdır. Bu zaman, piy bədəndə piy depolarında ( dərialtı piy toxuması və daxili orqanların ətrafı) saxlanılır. Piylənmə iki növ olur : -Yuxarı (“ kişi “ ) tipli piylənmə Piy əsasən qarın və ondan yuxarı nahiyyələrdə toplanılır . -Aşağı ( “ qadın “) tipli piylənmə Piy əsasən baldırlarda və yancaqlarda toplanır. Gündəlik həyatda artıq çəkisi olan insanlar daha çox əziyyət çəkirlər , bura birinci növbədə özünə güvənsizlik və komplekslərin olması aiddir. Həmçinin , artıq çəkisi olan insanlar şəkərli diabet ,hipertoniya, miokard infarktı və xərçəng kimi xəstəliklərə artıq çəkisi olmayan insanlara nisbətən daha çox meyillidirlər. Əgər sizi artıq çəki narahat edirsə , buna qeyri-ciddi yanaşıb özbaşına dietaya oturmaq kimi səylərə yol verməyin. Birinci növbədə , həkimlərlə ( endokrinoloq , dietoloq ) konsultasiya edib , lazım olan müayinələrdən keçdikdən sonra , mütəxəssislərin rəyi və nəzarəti altında müalicəyə başlamaq olar. Səbəblər. Piylənmənin əsas səbəbləri – həddindən artıq gidalanma və azhərəkətli həyat tərzidir. Bura psixoloji problemləridə aid etmək olar . Çox vaxt artıq gidalanma stress nəticəsində olur. Bu hallarda xəstələr ancaq yemək yeyərək rahatlaşırlar. Piylənmənin inkişafında əsas rollardan biridə, yaşdır. Buna səbəb isə yaş artdıqça maddələr mübadiləsi zəifləməsi və baş beyində doyma mərkəzinin fəaliyyətinin pozulmasıdır : yaş artdıqca , doymaq üçün insanların daha çox gidaya ehtiyacları olur. İkincili piylənmə deyə bir anlayış vardır. Bu hallarda səbəb endokrin ( hormonal ) disfunksiya ilə əlaqədardır. Piylənmə Kuşing sindromunda , hipotireozda və s. kimi xəstəliklərdə müşahidə olunur. Bədən çəkisinin kəskin artması bəzi dərman preparatlarının qəbul edilməsi ilə bağlıdır ( deksametazon , prednizolon və s. ) . Artıq çəkiyə meyilliliyin, irsi xüsusiyyətləridə vardır. Nələr baş verir ? Birincili piylənmədə artıq gidalanma baş beyində doyma və iştaha mərkəzinin fəaliyyətini pozur , və nəticədə normal miqdarda gidalanma toxluq hissi yaratmır. İnsanın hər dəfə daha çox yeməyə ehtiyacı olur.

2 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Qalxanabənzər vəzin papilyar xərçəngi Bu xərçəng növləri adətən 20-50 yaş arasında, qadınlarda kişilərə nisbətən 3 dəfə artıq müşahidə edilir. Uşaqlarda da tez-tez rast gəlinən qalxanvari vəzin xərçəngi, məhz bu növdür. Ümumiyyətlə qalxanvari vəz xərçənglərinin 80%-i bu növdür. Çox vaxt papilyar xərçənglər insanlarda 1 sm-dən kiçik ölçüdə olaraq gizli şəkildə gedir. Aparılan statistik məlumatlara görə bu xərçəng növü əhalinin 2%-də rast gəlinir. Bəzİ ölkələrdə isə bu rəqəm əhalinin 30%-i qədər yüksək rəqəmlərə çıxır (Yaponiya, Finlandiya). Buna səbəb yodla zəngin çoxlu miqdarda dəniz məhsullarının qida ilə qəbul olunmasının nəticəsində qalxanvari vəzin iltihablaşmasıdır. Bu da öz növbəsində qalxanvari vəz xərçəngi riskini artırır. Papilyar xərçəngin müalicəsi cərrahidir. Xəstələrdə əməliyyatdan sonra 10 mm dən kiçik bir xərçəng olduğu aşkar olunarsa, bu xəstələrə yalnız hormonal müalicə aparılır. Lakin xərçəng limfa vəzilərinə metastaz vermişsə, eləcə də ətraf toxumalara keçmişsə, bu halda əməliyyatdan sonra 3 ay müddətində xəstəyə radioaktiv yod verilməyi məsləhət olunur. Bu müalicə istər vəzin yatağında qalan, istərsə də uzaq metastaz olmuş ola biləcək, gözlə görülməyən yeni xərçəngin baş qaldırma şübhəsini azaldır. Əgər xəstədə boyun limfa vəzilərində metastaz varsa, əməliyyat dövründə qalxanvari vəz, limfa vəziləri ilə bərabər paket halında çıxarılmalıdır. Əməliyyatdan sonra xəstədə Tireoqlobulinin miqdarının “0” yaxın olması, xəstəliyin müalicə olunması deməkdir. Amma bəzi hallarda Tireoqlobulin nəticələri yüksəlmədən də xəstəlik geri qayıda bilir. Xəstələrin 90 %-i tam müalicədən sonra sağlam həyatlarına qayıtdıqları üçün, papilyar xərçənglər, bütün xərçənglər içərisində, ən xoş xassəlisi hesab olunur.

3 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Klimaks Normal həyatda bütün insanlar gec-tez yaşlanırlar və klimaksla bağlı problemlərlə üzləşirlər. Təxmini 50 yaşa çatanda, maddələr mübadiləsi zəifləyir , cinsi hormonların ifrazı azalır , hüceyrə yenilənməsi ləngiyir və cavan yaşda az və ya heç rast gəlinməyən problemlər və patologiyalar yaranmağa başlayır. Klimaks dövrünün təzahürlərindən ən çox qadınlar əziyyət çəkir. Pis əhval-ruhiyyə , tərləmə təzadları , təzyiqin oynaması , ürək döyüntüləri kimi vəziyyətlər uzun müddət davam edə bilər. Qadın hormonlarının daimi defisiti osteoporozun inkişafına , ürək-damar xəstəliklərinə , sidik qaçırmaları və cinsiyyət orqanlarının sallanması kimi halların yaranmasına təkan verir . Kişilərdə qadınlara nisbətən hormonal dəyişkənlik (andropauza ) daha gec və daha mülayim şəkildə keçir.Çox vaxt onlar fiziki diskomfort hiss etmirlər və yalnız bəziləri təzyiqin oynaması , tərləmə , ani baş gicəllənməsi , taxikardiya kimi şikayətlərlə üzləşirlər. Kişi cinsi hormonların çatışmamazlığı ciddi xəstəliklərə səbəb ola bilər ( prostat adenoması , prostat xərçəngi və s . ). Buna görə də mütəmadi olaraq həkim- androloqlarda , həkim-endokrinoloqlarda və digər ixtisaslı həkimlərdə müayinələrdən keçmək mütləqdir. Kişilərdə və qadınlarda belə hallar baş verdikdə, onlara əvəzedici hormonal terapiya təklif oluna bilər. Hansıki, bu halda klimaksa bağlı bir çox problemləri aradan qalxır və yanaşı ola biləcək xəstəliklərin qarşısı alınır.

4 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Şəkər xəstələri idman edə bilər? İdmanın sağlamlığa faydaları saymaqla bitməz. Bunu hər birimiz bilirik. Ancaq elə xəstəliyi olan adamlar var ki, idmanla məşğul olmağa tərəddüd edir. Hansısa idman hərəkətinin xəstəliyin gedişinə mənfi təsir edəcəyindən, səhhətinin pisləşdirəcəyindən ehtiyatlanır. Belə insanların sırasında şəkər xəstələri də var. Görəsən şəkər xəstələri idmanla məşğul ola bilərmi? Düzgün planlaşdırılmış idman proqramı bütün şəkərli xəstələrə məsləhət görülür. Bunun üçün hər bir diabetli xəstə idmana başlamamışdan qabaq idmana olan əks göstərişləri və məşgul olma qaydalarını araşdırmalıdır. Birinci növbədə qanda şəkər göstəricilərinə mütləq nəzarət olunmalıdır,çünki insulin və şəkərsalıcı tabletləri qəbul edən xəstələrdə hipoqlikemik vəziyyətlər (yəni qanda şəkərin aşağı düşməsi) yarana bilər. Bunun üçün xəstələr aşağıdakılara diqqət etməlidirlər: - Xəstənin yanında qanda şəkəri sürətlə yüksəldən karbohidratlar (meyvə suları, şəkər, qlükoza jeleləri) olmalı - İdmandan əvvəl insulin dozasını azaltmaq - Şəkər qanda <100 mq/dl aşağıdırsa, idmandan əvvəl 15 q karbohidrat (məs, 1 meyvə, 1 dilim çörək) yemək lazımdır - Şəkər qanda >250 mq/dl və keton varsa, idman olunmamalı Axşam yeməyindən 1 saat sonra edilən idman həm aclıq qan şəkərinin, həm də toxluq qan şəkərinin düşməsinə təsir etdiyi üçün şəkərli xəstələrə məsləhət görülür. İdman proqramı həftədə ən azı 3 gün olmalı və aralarında 2 gündən artıq fasilə olmamalıdır: Həftədə ən azı 150 dəqiqə olmaq şərtilə idmanla məşğul olunmalıdır. Bura sürətli yerimə, üzmə, qaçış, velisoped sürmə və digər idman növləri daxildir. Düzgün edilmiş idman proqramı xəstədə insulin dirəncini azaldır, yüksək riskli insanlarda şəkərli diabetin qarşısını almış olar. Baş hərlənmə, ürək bulanma, ciddi hava çatışmazlığı, döş qəfəsində ağrı, sıxıntı, göynəmə hissi kimi şikayətlər olduqda idman etmək olmaz. Lent.az

5 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Diyabetik ayaq yaralarının erkən mərhələ əlamətləri! Diabet xəstələri günlük etdikləri göz müayinələri xaricində aşağıdakı əlamətləri də nəzərə almalıdırlar. Bu əlamətlərin bir və ya bir neçəsi meydana gəldiyində mütləq həkiminə danışmalı və göstərişlərə riayət etməlidirlər: -Ayaqda ya da ayaq biləyində qırmızılıq, şişlik və ya istilik artımı -İstirahət əsnasında və ya gedərkən ayaqda ağrı -Açıq yara, kəsik, su toplanması, dəridə soyulma, iltihablanma -Dırnaq batması, dırnağın buynuz kimi qalınlaşıb şəkil pozğunluğu göstərməsi -Dəridə qızartı, qalınlaşma və qabarlar, döyənək ortasında kiçik yumru yara ve s.

6 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Böyrəküstü vəz xəstəlikləri Böyrəküstü vəzilər – kiçik cüt orqanlardır və böyrəklərin yuxarı qütbündə yerləşirlər. Böyrəküstü vəzlərin əsas məqsədi – bədənin bütün həyati vacib proseslərini tənzimləyən hormonları istehsal etməkdir. Məsələn, qlükokortikoid hormonlar – maddələr mübadiləsi və enerji mübadiləsi üçün məsuliyyət daşıyır, mineralokortokoidlər – su və duz mübadiləsində iştirak edir, androgenlər və estrogenlər – cinsi hormonlardır, adrenalin və noradrenalin isə – stress hormonlarıdır. Böyrəküstü vəzlərin xəstəliklərinə nələr səbəb ola bilər ? -Hipofizdə AKTH – adrenokortikotrop hormonunun ( böyrəküstü vəzilərin fəaliyyətini tənzimləyən ) artiq ifrazı – Kuşinq sindromu. -Böyrəküstü vəzilərin öz hormonlarının artiq ifrazı. Məsələn , böyrəküstü vəzilərin şişlərində. -AKTH defisiti ( ikincili böyrəküstü vəzilərin çatışmamazlığı ) -Böyrəküstü vəzilərin zədələnməsi və ya olmaması nəticəsində yaranan böyrəküstü vəzilərin öz hormonlarının çatışmamazlığı ( birincili kəskin və ya xroniki böyrəküstü vəz catmamazliği). Böyrəküstü vəzlərin xəstəliklərininin təzahürləri artıq və ya çatışmayan hormon, eləcədə hormonlarin sintezinin dərəcəsindən asılıdır. Məsələn, mineralokortikoidlərin artıqlığı təzyiqi yüksəldir və kalium səviyyəsini azaldır, cinsi hormonların artıqlığı isə cinsi inkişafın pozulmasına və üzdə tüklənməyə səbəb olur. Həyat üçün ən təhlükəli vəziyyəti isə kəskin böyrəküstü vəz çatışmazlığında yaranır. Hansı ki bu hal – böyrəküstü vəzilərin hormon ifrazının ani azalma və ya dayanması nəticəsində baş verir. Qanda və sidikdə hormonlarin səviyyələrin təyininə əsaslanaraq, spesifik probların və instrumental müayinələrin (USM , kompyuter tomoqrafiya) nəticələrini analiz edərək, həkim dəqiq diaqnoz qoya bilir və xəstəliyin səbəbini aydınlaşdirir. Böyrəküstü vəz hormonlarının defisitində çox vaxt pasientlərə ömürlük əvəzedici hormonal terapiya təyin olunur. Artıq ifrazında isə adrenalektomiya ( böyrəküstü vəzlərin bir və ya ikisinində cixarilmasi əməliyyatı) lazım gələ bilər.

7 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Hipofiz xəstəlikləri Hipofiz – endokrin sistemin əsas vəzisidir. Hipofiz hormonları bütün endokrin orqanların fəaliyyətinə təsir edir , eləcə də müstəqil olaraq bədən funksiyalarını birbaşa tənzimləyir. Hipofiz hormonlarının artıqlığı və ya çatışmamazlığı ciddi xəstəliklərə gətirib çıxardır. Hipofiz vəzi əsas sümüyün türk yəhəri çuxurunda yerləşir. Hipofizar hormon çatışmamazlığının nəticələri : -Cinsi inkişafın ləngiməsi və cinsi istəyin olmaması- follikulstimulaşdırıcı və lüteinləşdirici hormonların ( cinsi hormonların ifrazını stimulə edən hormonlar ) defisiti -İkincili hipotireoz- qalxanabənzər vəz hormonlarının defisiti -Hipopituitarizm – bütün hipofiz hormonlarının defisiti -Hipofizar nanizm və ya cırtdanboyluluq – somatatrop hormon çatmamazlığı Hipofiz hormon artıqlığının nəticələri : -Qiqantizm – somatatrop hormon artıqlığı. -Kuşinq xəstəliyi – adrenokortikotrop hormon artıqlığı. Ağır xəstəlikdir. Hansı ki şəkərli diabet , yüksək arterial təzyiq , osteoporoz , piylənmə ilə xarakterizə olunur. -Hiperprolaktinemiya – prolaktin artıqlığı qadınlarda aybaşı dövrünün və laktasiyanın pozğunluğu ilə , kişilərdə isə – cinsi istəyin azalması , impotensiya və bəzən laktasiya ilə müşahidə olunur.

8 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Diabetik retinopatiya

9 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Əziz pasientlərimiz.Heç vaxt xurafat və diplomu olmayan"loğmanlara"aldanmayın zəhmət olmasa.Həkimlik şərəfli eyni zamanda çox ağır peşədir.Öyrəndikçə elə hey öyrənirsən ...

9 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Diabet zamanı Oftalmoloqa nə üçün müraciət etmək lazımdır? Diabet zamanı şəkərin yüksəlməsi ilə əlaqədər olaraq, torlu qişanı oksigen və qida maddələri ilə təmin edən qan damarları ürək, böyrək və digər orqanların damarları kimi zədələnirlər. Onların elastikliyi azalır, daha kövrək olur, tez zədələnirlər, torlu qişada ödem və qan sızmalar əmələ gəlir. Bu, görmə qabiliyyətində korluğa qədər gətirib çıxaran fəsadlar yarada bilər. İlkin, bəzən də son mərhələlərdə torlu qişanın zədələnməsi simptomsuz müşahidə oluna bilər. Buna görə də, hətta görmə qabiliyyətinizlə bağlı sizi narahat edən səbəb olmasa belə, mütamadi olaraq oftalmoloqa müraciət etmək lazımdır. Diabetik retinopatiyanın simptomlarını yadda saxlayın: • Görmə qabiliyyətinin azalması. • Göz önündə dumanlılıq. • Xətlərin, əşyaların yayılmış və əyilmiş görüntüsü. • Gözlər önündə duman, qara nöqtələr. Bu simptomlar yaranan kimi dərhal oftalmoloqa müraciət etmək lazımdır! Yadda saxlayın: ağırlaşan mərhələlərdə görmə qabiliyyətinin azalması korluğa qədər irəliləyə bilər.

10 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Şəkərli diabet xəstələrinin bilməsi gərək olan məsləhətlər! 1. Zədələnmə riskini nəzərə alaraq, dırnaqların və döyənəklərin təmizlənməsi zamani iti və kəsici əşyalardan (qayçı, döyənək bıçaqları, ülgüc) istifadə etməyin. Həmçinin döyənək və ya dırnaqları yumşaldan vasitələrdən (döyənək məlhəmlərindən, plastırlardan) hec vaxt istifadə etməyin. 2. Pəncərələrdə zədələnmiş dərini təmizləmək üçün spirtli məhlulardan (yodun spirtli məhlulu, brilliant yaşılı – “zelyonka”), həmçinin qatılaşdırılmış tünd kalium permanqanat məhlulundan istifadə etməyin. 3. Ayaqları qızdırıcının (elektrik daxil olmaqla), buxar istilik batareyalarının, elektrik qızdırıcılarının köməyi ilə isitməyin. 4. Ayaqqabısız gəzməyin, hətta evdə belə corab və ya cust (şəp-şəp) geyinin. Bu, həm pəncə dərisinin zədələnmə riskini azaldır, həm də pəncəyə düşən ağırlığın artmasını aradan qaldırır. Yüksək sürtülmə ehtimalı olduğu üçün yalın ayağa ayaqqabı geyinməyin. 5. Bütün gün ərzində və ya intensiv fiziki yük ( tez yürüş, başqa hərəkət aktivliyi) nəzərdə tutulubsa, yeni ayaqqabı geyinməyin. 6. Siqaret çəkmək orqanizmə ziyandır, xüsusən də ayaqlarınızın sağlamlığı baxımından təhlükəlidir. Siqareti atmaq heç zaman gec deyil!. immunitet.az

11 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Qadın hormonları və sonsuzluq Sonsuzluğun səbəbini müəyyən etmək üçün bir çox hallarda qanın hormonlara müayinəsini aparmaq lazımdır. Hormonal fonun pozğunluğu qadınlarda daha çox təsadüf edildiyi üçün, əksər hallarda, kişilərə nisbətən bu müayinələri qadınlara daha tez-tez təyin edirlər. Hormonlar – daxili sekresiya vəziləri tərəfindən (hipofiz, qalxanvari vəz, böyrəküstü vəzilər, yumurtalıqlar) hazırlanan, yüksək aktivliyi olan maddələrdir. Hormonlar insan orqanizmində gedən bir çox proseslərin idarə olunmasında iştirak edirlər. Hormonlar qadın cinsi sistemində yumurta hüceyrəsinin yetişməsini, ovulyasiyanı, embrionun implantasiyasını, menstruasiyanı idarə edirlər. Hormonal sistemdə hər hansı bir pozğunluq olduqda (bir və ya bir neçə hormonun səviyyəsinin artması və ya azalması) bu proseslər də pozulmuş olur ki, nəticədə sonsuzluq inkişaf edə bilər. Qanın hormonlara müayinəsi acqarına, yəni son qida qəbulundan 8 saatdan az (12 saatdan az olmaması daha məsləhətlidir) olmayaraq vaxt keçməsi şərti ilə verilir. Meyvə şirələri, qənd və ya qəndsiz olaraq çay və kofe qəbulu da istisna olunmalıdır. Müayinədən bir gün qabaq və müayinə olunan günü spirtli içkilərin qəbulu, siqaret çəkilməsi və cinsi əlaqədə olmaq da istisna olunmalı, fiziki işlərin görülməsi də məhdudlaşdırılmalıdır. Emosional streslər də həmçinin müayinə nəticələrinin təhrif olunmasına səbəb ola biləcəyi üçün, qan analizi verməmişdən bir qədər əvvəl qəbul otağında əyləşərək sakitləşmək məsləhət görülür. Müayinə günlərində siz hər hansı bir dərman preparatları (əsasən də hormonal dərmanlar) qəbul edirsinizsə, bu haqda mütləq həkiminizə məlumat verin. Çünki dərman qəbul edilməsi də müayinə nəticələrinə təsir edə bilər. Qadın cinsi hormonlarının müayinəsi menstrual dövrün müxtəlif (menstruasiyanın ilk günündən saymaqla) günlərində aparılır (hansı konkret hormonun hansı gün təyin ediləcəyi həkim tərəfindən müəyyən edilir).

12 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Şəkərli diabet zamanı hiperqlikemiyanın fəsadları. Uzun müddətli hiperqlikemiya bir sıra fəsadlara yol açır. Retinopatiya – görmə qabiliyyətinin tam itirilməsi ilə nəticələnə bilən gözün torlu qişasının damarlarının zədələnməsidir. Nefropatiya – böyrək çatışmazlığına gətirib çıxara bilən böyrəklərin zədələnməsi. Neyropatiya – orqanizmin ayaq və əllərdə keyləşmə və ya ağrı, sancı ilə müşayiət olunan funksiyalarının ardınca hissiyatın və əsəb sisteminə nəzarətin itirilməsi. Ateroskleroz – ürək tutmasına, insulta, ətraflarda qan dövranının pozulmasına, seksual problemlərə gətirib çıxara bilən arteriyaların nazikləşməsi və qalınlaşması. Diabetik pəncə – uzun müddətli sağalmayan pəncə xoraları ilə vəhdət təşkil edən, eyni zamanda infeksiyalaşma nəticəsində yaranan və amputasiya məcburiyyatı yaradan qanqrenaya gətirib çıxaran vəziyyətdir. Şəkərli diabet zamanı infeksion xəstəliklərin riski yüksəkdir.

13 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Şəkərli diabetin müalicəsində nələrə diqqət yetirilir? ŞD-in müalicəsinin əsas məqsədi qlükozanın səviyyəsini yol verilən normalar çərçivəsində saxlamaqdır. Bu həyatı uzatmaq, simptomları azaltmaq və fəsadların qarşısını almaq üçün icra olunur. Pasient üçün fərdi plan tərtib olunur. Bura daxildir: Maariflənmə – diabetin nə olduğunu və qanda qlükozanın səviyyəsinin necə dəyişə biləcəyini araşdırmaq. Sağlam qidalanma – nə və hansı aralıqda yediklərinizə nəzarət. Şirin və yağlı yeməklərə məhdudiyyət, meyvə və tərəvəzə üstünlük vermək. Sağlam həyat tərzi – çəkiyə nəzarət üçün gündəlik fiziki tapşırıqlar, spirtli içkilərdən sui-istifadədən və siqaretdən imtina etmək. Qanda qlükoza səviyyəsinin monitorinqi portatif ev qlükometrinin köməyi ilə gündə bir neçə dəfə keçirilməlidir ki, müalicə həkimi müalicəni izləyə və korrektə edə bilsin. Həmçinin HbA1c-in səviyyəsinə nəzarət etmək lazımdır (optimal norma 6.5-7%-dən aşağı). ŞD-1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. ŞD-2 pasientlərinə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə) və fəsadların qarşısını almaq üçün arterial təzyiqin, xolesterinin səviyyəsinin monitorinqi mütləqdir.

14 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


15 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Şəkərli diabet zamanı insulinoterapiya fonunda pəhriz 1. RAFİNƏ OLUNMUŞ KARBOHİDRATLAR: 3-5 q rafinə olunmuş karbohidrat 1-2 vahid insulin tələb edir. Lakin bu karbohidratlar hipoqlikemiyanı dayandırmaq üçün istifadə olunur. Beləliklə!!! Şəkər, qlükoza, fruktoza, konfet, dondurma, pirojna, şokolad, marmelad, mürəbbə, peçenye, şirin içkilər, yüksək qlükoza tərkibli meyvələr, fruktoza – üzüm, banan, ananas, yemiş, şaftalı, xurma, ərik, armud və almanın şirin sortları, quru meyvələr (üzüm, qaysı, gavalı, əncir), bal, bulka, pomidordan başqa bütün şirələr, ağ çörək və ağ undan hazırlanan məhsullar QADAĞAN OLUNUR!!! Lazım gələrsə, sutkada 30 qramadək ksilit, sarbit şəkər əvəzləyiciləri istifadə olunur. Lakin onlar toxumaların hiperosmolyarlığını gücləndirir. Buna görə də onların gündəlik qəbulundan qaçmaq lazımdır. Aspartam qəbul etmək daha məsləhətlidir. Saxarin, Asesulfan və siklomatlar kanseragen təsiri təsdiqlənən maddələrdir, buna görə onları istifadə etmək məsləhət görülmür. 2. ARALIQLI KARBOHİDRATLAR: • Qara çörək – gün ərzində 3-4 dəfə qəbul olunmaqla, orta hesabla 200-300 q. • Kartof – 200-240 q (miy şəkildə), püre OLMAZ! • Dənli məhsullar: yulaf, arpa, qarabaşaq. Düyü, darı və mannı OLMAZ! • Meyvələr: şirin olmayan alma, sitrus – gün ərzində 300 q-dək. • Giləmeyvələr: quşüzümü, mərsin, qaragilə – gün ərzində 300 q-dək. Yayda istənilən giləmeyvələr və gün ərzində 200 q-dək qarpız. Aralıq karbohidratlarını özündə cəmləşdirən məhsullar – dənli bitkilər, kartof, meyvə, çörək, makaron məhsulları, duru süd məhsulları hər xəstə üçün ciddi şəkildə sənədləşdirilir və çörək vahidləri (ÇV) ilə hesablanır! Bir ÇV = 10-12 q karbohidrat, o da öz növbəsində 1-2 vahid insulin tələb edir. Bir ÇV = 25 q çörək, 15 q dənli bitki = 60 q kartof = 15 q makaron məhsulu (quru) = 48 kkal. Başqa məhsullarla əvəz olunma mümkündür. Sutka ərzində ÇV-nin miqdarı yaşdan, cinsdən, yüklənmədən və ideal bədən kütləsindən (İBK) asılıdır. İBK = çəki kq/boy kvadratı (m2). İBK = boy – 100 (Brok indeksi). Orta fiziki yüklənmə zamanı ÇV-nə olan ortalama tələbat: • Gənclər – 18-20 ÇV. • Orta yaş həddi (40 yaş) – 16-18 ÇV. • Yaşlılar – 12-15 ÇV.

15 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Tiroid hormonu Tiroid hormonunun ürək əzələsinin yığılma gücünün, ürək döyüntüsünün sayının, tənəffüsün və bağırsaq fəaliyyətinin tənzimlənməsində, oksigen sərfi və temperatur istehsalında, qan hüceyrələrində eritrositlərin əmələ gəlməsində, sümük osteogenez və osteolizində, karbohidrat, yağ, zülal və vitamin metabolizminin tənzimlənməsində, ana qarnındakı körpənin beyin və sümüyünün inkişafında çox mühüm rolu vardır. Tiroksin hormonuna ehtiyac duyulanda hormonal sistemin beyni olan hipotalamus, hormonal sistemin “drijoru” olan hipofiz vəzinə əmr (TRH- Tirotropin ifraz edən hormon) göndərir. Əmri alan hipofiz vəzi tiroid vəzisinin hərəkətə keçməli olduğunu anlayır. O da dərhal tiroid vəzinə bir əmr (TSH- Tiroid vəzini hərəkətə keçirici hormon) göndərir. Əmirlər zəncirinin son halqası olan tiroid vəzi də ona gələn bu əmrə uyğun olaraq dərhal tiroksin hormonu istehsal edir və qan yolu ilə bunu bütün bədənə paylayır. Tiroid xəbərdaredici hormon gecə saat 02:00 – 04:00 arasında maksimum səviyyəyə çatır. Axşam saat 18:00–22:00 arasında isə minimum səviyyədə olur. Bu iki saat arasında 50% fərq vardır. Burada mükəmməl şəkildə uyğunluqla işləyən bir sistemin qurulduğu aşkara çıxır.

16 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Diabet zamanı ayaqlar. Diabet zamanı ayaqlar iki tip dəyişikliklərə məruz qalır: diabetik dəyişikliklərə (bunun müalicəsi ilə pəncə üzrə həkim mütəxəssis-podiatr məşğul olur) və xolesterininin yüksək səviyyəsi nəticəsində orta və iri damarların zədələnməsi ilə əlaqəli olan dəyişikliklər (bu xəstəliklərlə damar cərrahı məşgul olur). Bəzən elə olur ki, hər iki damar dəyişikliyi birlikdə əmələ gəlir və bu zaman müalicəni podiatr və damar cərrahı birlikdə aparır. Podiatrın müalicəsi əsasən dərman müalicəsindən və pəncələrin işlənməsindən ibarət olur. Terapiya zamanı müxtəlif simptomlar müşahidə olunur ki, bunlar birgə və ya ayrılıqda özlərini göstərə bilərlər: -ayaqlarda soyuqluq hissi; -ayaqlarda hissiyatın itməsi və keyləşmə; -paltarın parçasının və yataq ağlarının toxunması zamanı xoşa gəlmiyən yanğı hissi (ən çox gecələr özünü göstərir); -pəncələrin qəfləti güclü keyləşməsi; -əzələlərin atrofiyası; -yara və sıyrıntıların pis sağalması: 1-2 həftə yerinə 1-2 aya sağalması və sağaldıqdan sonra tünd izlərin qalması baldırlarda sakit halda, gecələr güclü ağrıların olması Xəstəliyin sonrakı inkişafı yeni stadiyaya - aşaği ətrafların obliterassiya edən aterosklerozuna gətirib çıxarır. Bu xəstəliyin başlanğıc əlaməti hərəkət vaxtı baldırlarda ağrıların yaranmasıdır ki, bu da xəstələrdə özünə məxsus yerişin əmələ gəlməsinə səbəb olur. Beləki xəstələr ağrı ilə əlaqədar dayana- dayana yeriyirlər. Daha gec stadiyalarda aşağıdakı simptomlar əmələ gəlir: 1. əzələlərin atrofiyası proqresləşir; 2. aşağı ətraflar soyuq olur və göyümtül rəng alır; 3. sıyrıqlardan, kiçik yaralardan sağalmayan yaralar əmələ gələ bilər.

17 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Konn sindromu. Konn sindromu böyrəküstü vəzin qabıq madəsinin yumuşacıq zonasının şişidir. Xəstəliyə 30-50 yaşlı adamlarda, ən çox qadınlarda rast gəlinir. Damardaxili mayenin miqdarının və natriumun konsentrasiyasının artması, böyrək yumaqcıqlarının arteriyalarının reseptorlarına təsir edərək reninin sitezini ləngidir. Ona görə də Konn sindromu zamanı reninin və agiotenzin II səviyyəsi aşağı düşür. İkincili hiperaldesteronizm hiopertoniya xəstəliyi və böyrək hipertenziyalarında aldosteronun daimi yüksək sekresiyası renin- angiotenzin-aldosteron sisteminin aktivliyinin artması nəticəsində vaş verir. Bu hal xəstənin orqanizmində ödəmlərlə müşayiət olunur. Xəstəliyin əmələ gəlməsində böyrəküstü vəzi şişinin aldosteron hipersekresiya etməsi əsas rol oynayır. Bu zaman hüceyrə membranının keçiriciliyi artır, damar divarındakı saya əzələlərin ödemi, şişməsi baş verir, damarın mənfəzi daralır. Digər tərəfdən natriumun bədəndə saxlanması simpatik sinir sisteminin tonusunu artıraraq katexolaminlərin əmələ gəlməsini artırır. Xəstəliyin əsas əlamətləri: yüksəktəzyiq, hipokaliemiya, hipernatriemiya, hiperoreninemiyadır. Arterial təzyiq yüksək olduğuna görə xəstənin göz dibində dəyişikliklər müşayiət olunur. Xəstələrdə sidik vasitəsilə kaliumun xaric olunması əzələlərdə qıcolmaya səbəb olur. EKQ-də dəyişikliklər baş verir. Diaqnoz: USM, KT-nin nəticələrinə və sidiyin analizlərinə əsaslanaraq qoyulur. Müalicə aldosteronun çıxarılmasından ibarətdir. Bəzi hallarda konsarvativ müalicə aparılır. Xəstələrə aldakton və veroşpiron verilir. immunitet.az

18 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Doğuşdan sonrakı Hipopituitarizm sindromu. Bu neyroendokrin sindrom doğuş və abortdan sonra çoxlu qanitirmədən və ya bakterial şokdan damar spazmı, yaxud qanın damardaxili laxtalanması sindromu nəticəsində, hipofizdə nekrotik dəyişikliklərin inkişafı ilə əlaqədar əmələ gəlir. Bu sindromun əmələgəlmə səbəblərindən biri də hestozlardır. Klinikası: Endokrin vəzilərin – ilk növbədə qalxanvari, böyrəküstü və cinsiyyət vəzilərinin müxtəlif dərəcəli hipofunksiyası ilə səciyyələnir. Hipofiz vəzin trop hormonlarının çatışmazlığından asılı olaraq sindrom tam və natamam formalara bölünür. Klinik gedişatına görə yüngül və ağır formalara ayırd edilir. Diaqnostika: Sorğu əsasında xəstəliyin başlanmasının doğuş və ya abortdan sonrakı ağırlaşmalarla əlaqədar olduğu aşkarlanır, erkən zahılıq dövründə aqalaktika qeyd olunur. Hormonal müayinələr vasitəsilə hipofizin trop hormonlarının hipofunksiyasının forma və ağırlıq dərəcəsini və bunun nəticəsi kimi bu vəzilərin periferik hormonlarının konsentrasiyasının enməsini aydınlaşdırmaq olur. Müalicə: Xəstəliyin formasından asılı olaraq əvəzedici hormonal terapiya aparılır. immunitet.az

19 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Şəkərli diabetin simptomları. İlk simptomlar qanda qlükozanın artıq miqdarda olması ilə əlaqədar olaraq xəstə tez-tez sidiyə getməsidir ki, bu da öz növbəsində susuzluq yaradır. Bu zaman isə çoxlu miqdarda sidik ifraz etdikdə kifayət qədər çox kalori itirildiyindən aclıq yaranır və xəstədə iştahanın artması müşahidə olunur. Bundan başqa, şəkərli diabet zamanı yuxusuzluq, yorğunluq, aralıq sahəsində qaşınma, görmə itliyinin pozulması, ətrafların soyuğa davamlı olmaması və s. kimi əlamətlər də müşahidə olunur. Şəkərli diabet bundan başqa ağırlaşmalara da gətirib çıxara bilər. Diabetin kəskin ağırlaşmalarına diabetik ketoasidoz, hipoqlikemiya, hiperosmolyar komanı göstərmək olar. Diabetik asidoz dedikdə, lipid mübadiləsinin aralıq məhsullarının qanda toplanması nəticəsində orqanizmin ağır halı başa düşülür. Çox vaxt yanaşı gedən xəstəliklər, ancaq ən əsas infeksion, travma, əməliyyatdan sonra, düzgün qidalanmamaq nəticəsində meydana çıxır. Huşun itirilməsinə və bəzən də orqanizmin həyati vacib funksiyalarının pozulmasına gətirib çıxarır. Hipoqlimeya qanda şəkərin miqdarının normadan artıq düşməsinə deyilir, bu isə öz növbəsində şəkəri salan preparatlardan normadan artıq istifadə, adəti olmayan fiziki gərginlik, qidalanmanın düzgün olmaması və sərt spirtli içki qəbulu nəticəsində yarana bilər. Hiperosmolyar koma əsasən, II tip şəkərli diabetdən əziyyət çəkən yaşlı insanlarda rast gəlinir və çox vaxt güclü susuzluq nəticəsində meydana çıxır. Bu sindrom yaranmamışdan qabaq, poliuriya və polidipsiya bir neçə gündən bir neçə həftəyə qədər müşahidə oluna bilər. Hiperqlikmiya qlükozuriyaya, osmotik diurez, hiperosomolyasiya, hipovolemiya, şok hallarına gətirib çıxarır və müalicə olunmadıqda ölümə girib çıxarır. Şəkərli diabet zamanı qanda qlükozanın artması müəyyən vaxtdan sonra diabetin ağırlaşmalarına gətirib çıxarır. Bu da öz növbəsində ürək, beyin, göz, böyrək, aşağı ətrafların qan damarlarının zədələnməsinə gətirib çıxarır ki, nəticədə də infarkt, insult, torlu qişada dəyişikliklər (kor olma təhlükəsi), böyrək çatmazlığı, ensefalopatiya, aşağı ətrafların qanqrenası kimi ağırlaşmalar meydana çıxır.

20 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Diabetin formaları Diabetin aşağıdakı formaları ayırd edilir: -I tip diabet insulindən asılı diabet və ya, cavan və arıq insanların diabeti. Çox vaxt 40 yaşa qədər insanlarda rast gəlinir. Bu tip insulin çatmazlığı ilə əlaqədardır. Ona görə də insulindən asılı tip adlanır. -II tip diabet və ya insulindən asılı olmayan forma kök və yaşlı insanların diabeti də adlandırmaq olar. 40 yaşdan sonra yaranır. Bu tip diabetdə insulin sintez olunur, lakin orqanizm buna zəif cavab verir və bədəndə insulin çatmazlığı yaranır. II tip diabetin səbəblərinə genetik meyl, piylənmə (çox vaxt normadan artıq yemək nəticəsində meydana çıxan) belə ki, 80-80% bu xəstəlikdən əziyyət çəkənlər artıq çəkidən əziyyət çəkirlər, o cümlədən endokrin sistemin xəstəlikləri, məsələn, hipofiz, qalxanabənzər vəzi, böyrəküstü vəzin qabıq maddəsinin patologiyaları da bura aiddir. Bundan başqa, şəkərli diabet müxtəlif virus xəstəlikləri, qrip, virus hepatiti, herpes, o cümlədən pankreatit və mədəaltı vəzin şişləri nəticəsində də meydana çıxa bilər. İnsulin kifayət qədər sintez olunur, lakin orqanizmin toxumaları insulinə qarşı artıq həssaslığını itirmiş olurlar. İnsulinlə müalicə bütün xəstələrə təyin olunmur, adətən pəhriz və şəkəri salan preparatlar təyin olunur. -Hestasion diabet: hamiləlik zamanı meydana çıxır və çox vaxt doğuşdan sonra ya tamamilə itir və ya yüngülləşmiş formaya keçir. Bu tip diabetin yaranmasının səbəbləri II tip diabetin yaranma səbəblərinə uyğundur. Hestasion diabetin rast gəlmə tezliyi hamilə qadınlarda 2-5% arasında dəyişir. Doğuşdan sonra bu növ diabet tamamilə aradan götürülsə də hamiləlik zamanı bu dölə və ananın sağlamlığına ciddi təhlükə yaradır. Hamiləlik zamanı hestasion diabetin olması qadınlarda II tip diabetlə xəstələnmə risk yardır. Dölə təsiri nəticəsində isə uşağın kütləsinin çox olması, müxtəlif eybəcərlik və inkişaf qüsurları yarada bilər.

21 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Haşimoto xəstəliyi Autoimmun tireoidit və ya Haşimoto xəstəliyi kifayət qədər yayılmış qalxanvari vəzi xəstəliyidir. Haşimoto xəstəliyi qalxanvari vəzinin və həmçinin immun sisteminin xroniki xəstəliyidir. Xəstəlik qadınlarda daha tez-tez inkişaf edir. Haşimoto xəstəliyi zamanı xəstənin immun sistemi öz sağlam qalxanvari vəzi hüceyrələrini (bu hüceyrələr "tireositlər" adlandırılır) "yad" hüceyrələr kimi qəbul edərək onları məhv etməyə başlayır. İlkin mərhələlərdə xəstəlik simptomsuz keçir. Daha sonra immun sisteminin hücumuna cavab olaraq qalxanvari vəzi öz funksiyasını artırır. Bu isə hipertireozun (qalxanvari vəzinin fəaliyyətinin artması) simptomlarının inkişafına səbəb olur - taxikardiya (nəbzin sürətlənməsi), kəskin arıqlama, güclü tərləmə, əllərin əsməsi, əsəbilik, əhvalın tez-tez dəyişilməsi, yuxusuzluq və s. Xəstəlik inkişaf etdikcə qalxanvari vəzinin hüceyrələri tədricən məvh olur və nəticədə xəstədə hipotireozun (qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi) simptomları meydana çıxır - çəkinin "səbəbsiz" artması, dərinin quru olması, saçların tökülməsi, daim yorğunluq, yuxululuq, nəbzin zəifləməsi, yaddaşın pozulması və s. Xəstəlik uzun illər ərzində inkişaf edir. Adətən xəstədə qalxanvari vəzi böyüyür, "zob" əmələ gəlir. Xəstəliyin ilk simptomlarında endokrinoloqa müraciət etmək lazımdır. Diaqnozun dəqiqləşdirilməsi üçün həkim xəstəyə qalxanvari vəzi hormonlarının analizini təyin edir. Bundan əlavə xəstənin qanında xüsusi anticismlərin aşkar olunması üçün analiz keçirilir və USM aparılır. Haşimoto xəstəliyi olan insan daim endokrinoloqun nəzarətində olmalıdır. Xəstəyə hormonal müalicə təyin olunur (çatışmayan qalxanvari vəzi hormonları). Bu dərmanları xəstə həyatın sonuna kimi qəbul etməlidir. Həkimlərin fikirinə görə, yod preparatlarının, müxtəlif bioloji-aktiv əlavələrinin (dəniz yosunları və s.) səbəbsiz olaraq qəbulu Xaşimoto xəstəliyinin əsas risk faktorudur. Yodun orqanizmə lazım olandan az miqdarlarda daxil olunması qalxanvari vəzinin funksiyasına mənfi təsir edir. Lakin yodun həddən artıq miqdarlarda daxil olması da çox ziyanlıdır və vəzin funksiyasını pozur.

22 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Hormonlar Hormon yunan sözü olub (heçtao) oyadıram deməkdir və yüksək bioloji aktivliyə malikdir. Müqayisə edək ki,1qr insulin 125 000 dovşanın qanında şəkərin miqdarını azalda bilər. Hormonların molekul kütləsi o qədər də böyük deyil. Buna görə də bu hormonlar kapilyarların divarlarından toxumaya, eyni zamanda hüceyrə membranından xaricə asan çıxırlar. Kimyəvi tərkibinə görə bir çox vəzlərin hormanları polipeptidlərə aid edilir. Bu vəzə misal olaraq hipofizin, mədəaltı vəzinin hormanları misal göstərmək olur. Lakin qalxanabənzər vəzinin hormonları-tiroksin, üçyodtironin, böyrəküstü vəzin beyin maddəsinin hazırladığı hormonlar-adrenalin və noradrenalin amin turşusu mənşəlidir. Böyrəküstü vəzin qabıq maddəsinin və cinsi vəzlərin hormonları steroid təbiətə malikdir. Hormonlar hüceyrə membranının keçiricilik qabiliyyətini artırmaqla onların aktivliyini təmin edir və maddələr mübadiləsini tənzimləyir. Hormonlar tənəffüsə, həzmə, qan dövranına, ifrazata, böyüməyə və inkişafa, toxumaların differensiyasına, regenerasiyaya təsir göstərir. Məsələn; hipofizin ön payının funksiyasının zəifləməsi zülalların sintez olunma aktivliyini azaldır ki, bu da boyatmanın dayamasına gətirib çıxarır. Qurbağa çömçəquyruğunun qalxanvari vəzi çıxarılsa, o böyüyür ancaq onda metamorfiz getmir, yəni yetgin qurbağaya çevrilmir, insanda cinsi vəzlərin zəif inkişaf etməsi 2-ci cinsi əlamətlərin meydana çıxmasını zəiflədir, qalxanabənzər vəzin yod tərkibli hormonları isə dəri və əzələ yaralarının sağalmasına və sümük sınıqlarının bərpa olunmasını təmin edir. Güman olunur ki, hormonlar fermentlərlə birləşərək onların quruluşunu dəyişir, nəticədə fermentativ reaksiyanın sürəti də dəyişir. Bu xüsusiyyət bir qrup hormon üçün sübut olunub. Bu baxımdan mədəaltı vəzin hazırladığı insulin hormonu daha ətraflı öyrənilib. Insulin hüceyrə membranının keçiriciliyini artırır. Beləliklə qlükoza hüceyrəyə asanlıqla girib çıxır. Oxşar təsiri cinsi və boy vəzilərin hormonları da göstərir. Lakin böyrəküstü vəzin qabıq qatının hormonları hidrokortizon və kartikosteron isə hüceyrə membranının keçiriciliyini azaldır. Hormonlar nuklein turşuları və zülal sintezində iştirak edir.

23 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Kişi cinsiyyət hormonları. Kişi cinsiyyət hormonları androgenlər adlanır. Bunlara aiddir: – testosteron – androsteron – dehidroepiandrosteron. Bu hormonlardan ən yüksək bioloji fəallığa malik olanı testosterondur. Ümumiyyətlə belə hesab edilir ki, cinsiyyət vəzilərində yalnız testosteron sintez edilir. Androgenlərin digər nümayəndələri isə testosteronun metabolizmi nəticəsində vəzidən kənarda əmələ gəlir. Testosteron erkək cinsiyyət vəzilərinin intersistial toxumasında yerləşən Leydiq hüceyrələrində sintez edilir. Hormonun nisbətən az hissəsi böyrəküstü vəzin qabıq maddəsində, qadın orqanizmində isə yumurtalıqda sintez edilir. Androgenlər qana ifraz edilir. Qanda testosteronun 98%-ə qədəri qlobulinlə birləşmiş halda ,2%-i isə sərbəst şəkildə olur. Qaraciyər sirrozu, hipertrioz və hipoqonadizm zamanı qanda cinsiyyət hormonları ilə birləşən qlobulinin miqdarı artır. Bu qlobulin, testosterona nisbətən asanlıqla birləşir. Buna görə də onun orqanizmdə testosteronla estrogenlər arasındakı müvazinətin saxlanılmasında rolu vardır. Androgenlər kişi fərdlərin boy artımını, cinsiyyət üzvlərinin inkişafını, onlarda ikincili cinsi əlamətlərin və cinsi reflekslərin meydana çıxmasını tənzim edir. Bu hormonlar toxumalarda zülalın biosintezini sürətləndirir, əsas mübadiləni və qanda eritrositlərin miqdarını artırır, sklet əzələlərinin inkişafını sürətləndirir. Aparılan müşahidələr kiçik yaşlarında axtalanmış oğlanlarda, ikincili cinsi əlamətlərin meydana çıxmadığını təsdiqləmişdir. Belə ki, yetkinlik yaşına çatmamış və axtalanmış kişilərdə borulu sümüklərin epifizar hissəsinin sümükləşməsi ləng gedir, onların boyları qeyri-mütənasib şəkildə uzun olur, aşağı ətrafları gövdəyə nisbətən uzun, dərialtı piy qatı xeyli inkişaf etmiş olur. Onlarda piylənmə qadın tipli olur. Belə kişilərin üzünə və sinəsinə tük çıxmır və kişi cinsiyyət orqanı inkişafdan qalır. immunitet.az

24 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Nə üçün PTH testi edilir? -Qandakı anormal kalsium səviyyəsi səbəbini araşdırmaq üçün, -Paratiroid vəzlərinin həddindən artıq işləyib işləmədiyi müəyyən olunması üçün, -Xroniki böyrək xəstəliyi olanları müşahidə etmək üçün, -Paratiroid vəzi xaric etmə əməliyyatlarında əməliyyatın müvəffəqiyyətini təyin etmək üçün PTH testi istənilir.

25 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Hipofizar nanizm Hipofiz-kəllədə,baş beynin yaxılığında yerləşən, boy hormonu –somatotropin ifraz edən daxili sekresiya vəzisidir.Boy hormonu –borulu sümüklərin uzanması və orqanizmdə əsas tikinti materialı olan zülalın əmələ gəlməsini təmin edir.Hipofizin funksiyası və boy hormonunun istehsalı pozulduqda (25 yaşa qədər) hipofizar nanizm-cırtdanboyluluq yaranır. Səbəbləri: Aşağıdakı faktorların təsiri altında hipofizar nanizm yaranır: -İrsi pozğunluqlar, defekt genlər mövcud olduqda hipofizdə boy hormonu istehsalı azalır. -İnkişaf qüsurları.Hipofiz ya olmur, ya da inkişafdan geri qalır, natamam funksiya göstərir. -Kəllə travmaları; zərbələr, doğuş travmaları,baş beyinda keçirilən cərrahi müdaxilələr. -Keçirilmiş insultlar. -Baş beynin və hipofizin bəzi şişləri. -Baş beynin infeksiyaları; meningit,meninqoensefalit. -Bədxassəli şişlər zamanı kimyəvi və şüa terapiyası. -Hipofiz hormonlarına qarşı həssas hüceyrələrin olmaması,hormon istehsal olunur, qana daxil olur,lakin hüceyrələr ona cavab vermir Buna görə də boyatma baş vermir. Hipofizar nanizmin təzahürləri: Əsas təzahürü –boy artımının ləngiməsidir.Belə adamların qohumları da alçaqbolu olurllar.Bədənlərinin bütün hissələri proporsional ölçücə kiçik olur.Belə adam miniatürdə normal adam kimi görünür.Qızlarda aybaşı gec olur, ya heç olmur,oğlanlarda cinsiyyət orqanları kiçik olur,çox vaxt sonsuz olurlar. Xəstəliyin ilk əlamətləri 2-4 yaşda özünü göstərir.Adam yaşı artdıqca onun boyunun ləngiməsi daha çox nəzərə çarpır.Bu zaman həkim-endokrinoloqa müraciət etmək lazımdır. Həkim diaqnozu təsdiq etmək üçün xəstəni qanda boy homonunun analizinə göndərir. Hormonun normadan az olması hipofizin funksiyasının azalmasını göstərir. Müalicəsi boy hormonlarının sintetik analoqları ilə aparılır.Əgər kəllədə şiş varsa cərrahi müdaxilə olunur. Hormonların analoqları həmişə təsir etmir,bəzən orqanizmdə onlara qarşı antitellər hasil olur ki,bunlar da hormonları parçalayır. Həkim effekt görmədikdə hormonları təyinatdan çıxarır, anabolik steroidlər,vitaminlər təyin edir. Proqnozu Müalicə 5-6 yaşda başladıqda xoş proqnqz olur.Bu zaman normal boy artımı ola bilər.Gec başlanan müalicədə normal göstəriciləri əldə etmək olmur.

26 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Qalxanvari vəzi hormonları və artıq çəki. Qalxanvari vəzi orqanizmdə gedən mübadilə proseslərini tənzimləyir. Onun hormonları bütün metabolik prosesləri sürətləndirir: zülalların və yağların parçalanması, karbohidratların mənimsənilməsi. Qalxanvari vəzi hormonları müxtəlif mənbələrdən (karbohidratlar, yağlar) orqanizmin yaşaması üçün lazım olan enerjinin alınmasını təmin edir. Orqanizmin əsas enerji mənbəyi karbohidratlardır. Əgər qəbul olunan qidada karbohidratlar çatışmırsa, orqanizm öz enerji ehtiyaclarını ödəmək üçün piyləri parçalamağa başlayır. Məhz bu prinsip bütün arıqlamaq məqsədi ilə tutulan pəhrizlərin əsasında durur. Karbohidratların daxil olması məhdudlaşdırılır və piylər "əriməyə" başlayır. Piylər istifadə olunduqdan sonra stress vəziyətinə düşən orqanizm öz əzələlərini "əritməyə" başlayır. Bu hal uzun sürərsə, insan skeletə oxşamağa başlayır (müharibə vaxtında konslagerlərdə saxlanılan insanlar kimi). Anoreksiyadan (patoloji arıqlama) əziyyət çəkən insanlar da bu görünüşü alır. Bəzi qalxanvari vəzi xəstəlikləri və pozulmaları zamanı qalxanvari vəzinin fəaliyyəti sanki yavaşıyır və nəticədə vəz daha az miqdarlarda hormonları istehsal etməyə başlayır. Bu hal "hipotireoz" adlandırılır. Hipotireoz zamanı orqanizmin mübadilə prosesləri ləngiyir, orqanizmə daxil olan qidalı maddələr çox asta parçalanır və nəticədə hətta az qida qəbul edən insan artıq çəki yığmağa başlayır. Bundan əlavə orqanizmdə mayenin yığılması prosesi baş verir ki, bu da çəkinin artmasına səbəb olur. Bu səbəbdən əgər siz hiss etsəniz ki, az qida qəbul etməyinizə baxmayaraq çəkiniz artır, mütləq endokrinoloqa müraciət edin və lazım olan analizləri (TSH, T3, T4) verin. Xəstədə hipotireoz aşkar olunduqda, ona çatışmayan qalxanvari vəzi hormonları təyin olunur ki, nəticədə vəzin fəaliyyəti normallaşır və insanın çəkisi də azalır. Bəzi hallarda qalxanvari vəzi əksinə sürətlə işləməyə başlayır (buna "hipertireoz" deyilir). Nəticədə isə mübadilə prosesləri sürətlənir və həmişəki qaydada qidalanan insan "səbəbsiz olaraq" kəskin arıqlamağa başlayır.

27 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Diabetik komplikasionlar 1) Hipoqlikemiya: tətbiq olunan müalicəyə görə qan şəkəri azalır. 2) Diabetik ketoasidoz: qan şəkərinin nəzarət olunmayıb həddən artıq yüklənməsindın sonra bütün orqanlara təsir edə bilən asidoz. 3) Hiperosmolyar qeyri-ketotik koma. 4) Laktik asidoz 5) Diabetik retinopatiya: nəzarətsiz diabet nəticəsində gözlərini itirə bilər, katarakt tezliyi artır. 6) Diabetik nefropatiya: Duabet xronik böyrək çatışmazlığının vacib bir səbəbidir. 7) Diabetik neyropatiya: xüsusilə gecə ağrı və uyuşma.

28 Days ago
aytenbabakhanova

Endokrinloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinloq, PHD, Dr. Aytən:


Hamiləlik və tiroid hormonları. Ana namizədləri hamiləlik dövründə körpənin inkişafını tam olaraq dəstəkləyə bilmələri üçün tiroid hormonuna ehtiyacları vardır. Ancaq bəzi qadınlarda hipotiroid, yəni tiroid hormonunun qeyri-kafi çıxarılması ilə əlaqədar pozuqluğu görülə bilər. Bu həm ana, həm uşaq üçün ciddi nəticələrə səbəb ola bilər, hətta onların sağlamlığını təhlükəyə sala bilər. Trioid vəzinin qeyri-kafi çalışdığı vəziyyətlərdə yorğunluq, səbəbsiz kilo alışı, qəbizlik kimi simptomlara səbəb olur. Hamilə qadınlarda bu əlamətlər hamiləliyin normal gedişi olaraq qəbul edilə bilər. Bəzi qadınlarda hamiləlik əvvəlində, bəzi qadınlarda isə hamiləlik müddətində hipotiroidizm ortaya çıxa bilər. Diaqnoz qoyulmaqda və müalicəsində gecikilmə olduqda qalıcı sağlamlıq problemlərinə yol aça bilər. Bu vəziyyət davam etsə hamiləliyə bağlı hipertenziya, erkən doğum, plasentanın erkən ayrılması və ölü doğuma səbəb ola bilər. Bu fəsadlar ananın və körpənin sağlamlığını ciddi şəkildə riskə sala bilər. Ancaq bu vəziyyət təsbit edilməmiş və laqeyd yanaşılmış tiroid pozuqluqları nəticəsində yaşana bilər. Bu səbəblə qadınların hamiləlik əvvəli və hamiləlik müddəti boyunca nizamlı olaraq tiroid müayinələrinin etdirməsi lazımdır. Hamiləlik dövründə tiroid diaqnozu hər hansı bir xəstəxanada sadə bir qan testi ilə edilə bilər. Ailəsində tiroid narahatlığı olan ya da erkən doğum əhvalatı olan qadınların bu müayinələrə qətiliklə laqeyd yanaşmamalıdırlar. Tiroid narahatlığı olan ya da hamiləlik dövründə ortaya çıxan qadınlarda tiroid hormonlarını nizama salmaq üçün tiroid həbi tətbiq olunur. Müalicəsi olduqca sadə olan Hipotiroid narahatlığının körpənizdə və sizdə qalıcı sağlıq problemlərinə yol açmasına icazə verməyin!

29 Days ago