Endokrinoloq, PHD, Dr. Aytən

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova

�ABŞ Harvard Universitetində təkmilləşmə dərəcəsi almış, �Tibb üzrə fəlsəfə doktoru, �Ali dərəcəli endokrinoloq. �+99451-303-77-77
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Hipertriozun əlamətləri. Hipertrioz qalxanvari vəzinin hormonunun normadan artıq ifraz edilməsidir. Bu xəstəlik aşağıdakı əlamətlərə özünü biruzə verir: * saçların tökülməsi * gözlərin bərəlməsi * qalxanvari vəzin böyüməsi * ürəkdöyünmənin artması * istibasma * yuxunun pozulması * çəkinin azalması * təngnəfəslik * diareya * iştahanın artması * aybaşı pozğunluqları * əzələ zəifliyi * həddindən çox tərləmə * həyəcanlılıq, əsəbilik * depressiya, əhval-ruhiyyənin tez-tez pisləşməsi.

23 Hours ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Kretinizm Qalxanabənzər vəzinin hipofunksiyası nəticəsində orqanizmdə maddələr mübadiləsi pozulur.Bu zaman orqanizmdə funksional və morfoloji dəyişikliklər baş verir.Adətən bu dəyişikliklər bir-biri ilə əlaqədar olur.Əvvəlcə mübadilə prosesi pozulur,onun ardınca funksional dəyişikliklər meydana çıxmağa başlayır.Morfoloji dəyişiklər funksional dəyişikliklərdən sonra baş verir.Əgər hipotrioz anadangəlmə olarsa, o zaman xəstəliyin əlamətləri daha ağır olur.Bu zaman xəstəlik uşaqların boy inkişafına təsir edir.Belə ki,hipotriozlu uşaqların boy inkişafı ləng gedir,onlarda ağıl zəifliyi olur.Borulu sümüklərin ləng inkişafına görə xəstnin bədən quruluşu qeyri - mütənasib olur.Xəstəliyin bu forması kretinizm adlanır. Kretinlər hipofizar mənşəli cırtdanlardan sifətlərinin xarakterik görüşünə və bədən quruluşuna görə fərqlənirlər.Kretinizm zamanı başqa endokrin vəzilərin funksiyaları da pozulur.Buna görə kretinizmdən əziyyət çəkənlərdə cinsiyyət vəziləri inkişafdan qalır,onlarda amenoreya, oliqospermiya, azoospermiya olur. Xəstəliyə diaqnozun qoyulması əlamətlərə və qanın analizlərinə əsaslanaraq quyulur. Müalicə diaqnozun qoyulduğu gündən etibarən tireoid hormonunun təyini ilə başlanır.

1 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Bu əlamətlərin olması qalxanvari vəzinizdə disfunksiyanın olmasını göstərir! Son illər qalxanvari vəzi xəstələrinin sayı durmadan artır. Bunun əmələ gəlməsində müxtəlif səbəblərin olması qeyd edilsə də, xəstəliyin ilkin günlərdə müayinə və müalicə olunmaması onun ağırlaşmalarına səbəb olduğu qeyd edilir. Belə ki, bəzi ümumi əlamətlərdən şübhələnməyən xəstələr xəstəliyin müalicəsinin gecikdirilməsinə səbəb olurlar. Bu da müxtəlif ağırlaşmalara səbəb olur. Əgər sizdə aşağıdakı əlamətlərdən bir-neçəsi varsa mütləq endokrinoloqa müraciət edin. Qalxanvari vəzinin disfunksiyası orqanizmdə hipotrioza və hipertrioza səbəb olur. Qalxanvari vəzi maddələr mübadiləsində iştirak edir. Onun disfunksiyası maddələr mübadiləsinin pozulmasına səbəb olur ki, bu da orqanizmdə bir çox xəstəliklərin meydana çıxmasına səbəb olur. Bu vəzin xəstəlikləri orqanizmdə aşağıdakı əlamətlərlə özünü göstərir. 1. Əzələ və sümüklərdə ağrılar. 2. Boğaz nahiyəsində diskomfort hissi. 3. Saçlarda və dırnaqlarda quruluğun və qırılaların olması. 4. Müxtəlif dəri problemləri. 5. Aybaşı problemləri ( gecikmələr, ağrılı aybaşının olması, qısa və ya uzun müddətli aybaşı). 6. Depressiya və ya həyəcanlılıq. 7. Xroniki yorğunluq 8. Çəkinin azalması və ya artması. Yuxarıda sadalanan əlamətlərin bir-neçəsi sizdə varsa, o zaman mütləq endokrinoloqa müracit edin!

2 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Qadın hormonları. Hormonal pozğunluq çox geniş bir anlayışdır.Hormonal pozğunluq dedikdə, qadınlar tərəfindən menstruasiya pozğunluğu , tüklənmə və sonsuzluq, hamiləlik ilə əlaqədar hormonlar başa düşülür. Hormon pozğunluğu termininin ən çox istifadə edildiyi vəziyyətlərin önündə xüsusilə gənc yaşlarda görülən həddindən artıq tüklənmə və tüklənmədə artım – hirsutismuz vəziyyəti gəlir .Hormon pozğunluğu termininin tez-tez istifadə edildiyi başqa bir vəziyyət də menstruasiya nizamsızlıqlarıdır.Menstruasiya nizamsızlığı bəzən qadınlıq hormonları deyilən (FSH, estrogen və s.) hormonlarındakı pozğunluqlara bağlı olur. Qadınlarda menstruasiya nizamı, tüklənmə və sonsuzluq ilə əlaqədar başlıca hormonlar bunlardır: FSH: Beyində hipofiz orqanından ifraz olunur. Başlıca vəzifəsi yumurtalıqları xəbərdar edərək estrogen hormonunun istehsalını artırmaqdır. LH: Beyində hipofiz orqanından ifraz olunur. Yumurtalıqlar üzərinə təsir göstərir və yetkin yumurtanın meydana gəlməsini, çatlamasını təmin edir. Testesteron: Əsas kişilik hormonu kimi bilinsə də, qadınlarda aşağı səviyyədə olur. Artması qadınlarda həddindən artıq tüklənməyə səbəb olur. Progesteron: Yumurtalıqlardan ifraz olunur. Menstruasiya dövrünün ikinci yarısında xüsusilə təsirlidir. Hamiləliyin başlaması və davamına təsir göstərir. Prolaktin (süd hormonu): Beyində hipofiz orqanından ifraz olunur. Prolaktin hormonunun artması menstruasiya nizamsızlığı, hamilə qala bilməmə kimi problemlər yarada bilər.

3 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Ayaqlarda diabetik angiopatiya. Ayaqlardakı ağırlaşmalar qan damarlarının və sinir sonluqlarının zədələnməsi ilə əlaqədar yaranır. Qanda şəkərin yüksəlməsi iri arteriyalarda xolesterin yumaqcıqlarını yaradır, bu da damarların keçiriçiliyinin pozulmasına səbəb olur. Nəticədə arteriyaların keçiriçiliyi azalır, toxumaların qan təchizatı pozulur, qanın axını zəifləyir, toxumalarda qan dövranı çətinləşir. Beləliklə, ayaqlar iki tip dəyişikliklərə məruz qalır: diabetik dəyişikliklərə və xolesterininin yüksək səviyyəsi nəticəsində orta və iri damarların zədələnməsi ilə əlaqəli olan dəyişikliklər (bu xəstəliklərlə damar cərrahı məşgul olur). Bəzən elə olur ki, hər iki damar dəyişikliyi birlikdə əmələ gəlir. Terapiya zamanı müxtəlif simptomlar müşahidə olunur ki, bunlar birgə və ya ayrılıqda özlərini göstərə bilərlər: -ayaqlarda soyuqluq hissi; -ayaqlarda hissiyatın itməsi və keyləşmə; -paltarın parçasının və yataq ağlarının toxunması zamanı xoşa gəlmiyən yanğı hissi (ən çox gecələr özünü göstərir); -pəncələrin qəfləti güclü keyləşməsi; -əzələlərin atrofiyası; -yara və sıyrıntıların pis sağalması: 1-2 həftə yerinə 1-2 aya sağalması və sağaldıqdan sonra tünd izlərin qalması baldırlarda sakit halda, gecələr güclü ağrıların olması Xəstəliyin sonrakı inkişafı yeni stadiyaya - aşaği ətrafların obliterassiya edən aterosklerozuna gətirib çıxarır. Bu xəstəliyin başlanğıç əlaməti hərəkət vaxtı baldırlarda ağrıların yaranmasıdır ki, bu da xəstələrdə özünə məxsus yerişin əmələ gəlməsinə səbəb olur. Beləki xəstələr ağrı ilə əlaqədar dayana- dayana yeriyirlər. Daha gec stadiyalarda aşağıdakı simptomlar əmələ gəlir: 1. əzələlərin atrofiyası proqresləşir; 2. aşağı ətraflar soyuq olur və göyümtül rəng alır; 3. sıyrıqlardan, kiçik yaralardan sağalmayan yaralar əmələ gələ bilər. Yaraların əmələ gəlməsi və gec sağalması hüceyrələrin regenerassiya (bərpa olunma) qabiliyyətinin aşağı düşməsi ilə əlaqədardir ki, bu da bir başa angiopatiya və neyropatiyanın nəticəsində yaranır. Ayaqlardakı və pəncədəki yara və istənilən dəyişikliyə çox diqqətlə yanaşmaq, nəzarət etmək lazımdır.

4 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Diabetlərdə hiperqlikemiyanın fəsadları nələrdir? Uzun müddətli hiperqlikemiya bir sıra fəsadlara yol açır. Retinopatiya – görmə qabiliyyətinin tam itirilməsi ilə nəticələnə bilən gözün torlu qişasının damarlarının zədələnməsidir. Nefropatiya – böyrək çatışmazlığına gətirib çıxara bilən böyrəklərin zədələnməsi. Neyropatiya – orqanizmin ayaq və əllərdə keyləşmə və ya ağrı, sancı ilə müşayiət olunan funksiyalarının ardınca hissiyatın və əsəb sisteminə nəzarətin itirilməsi. Ateroskleroz – ürək tutmasına, insulta, ətraflarda qan dövranının pozulmasına, seksual problemlərə gətirib çıxara bilən arteriyaların nazikləşməsi və qalınlaşması. Diabetik pəncə – uzun müddətli sağalmayan pəncə xoraları ilə vəhdət təşkil edən, eyni zamanda infeksiyalaşma nəticəsində yaranan və amputasiya məcburiyyatı yaradan qanqrenaya gətirib çıxaran vəziyyətdir. Şəkərli diabet zamanı infeksion xəstəliklərin riski yüksəkdir.

5 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Prolaktin analizini verərkən nəyə fikir verilməli? Prolaktin hipofizin ön payında ifraz olunan,xanımlarda aybaşı tsikli pozğunluğu və sonsuzluğa səbəb olan hormondur.İlk növbədə prolaktin analizini düzgün vermək lazımdır.Prolaktin stress,həyəcan,fiziki gərginlikdən,qida qəbulundan sonra yüksələ bilər.Bu analizin verilmə şərtləri: • Prolaktin analizini 8-14 saat aclıqdan sonra və sakit vəziyyətdə vermək lazımdır. • Qanın götülməsi saat 9.00-11.00 arasinda ən optimal vaxtdır • Erkən saatlarda yuxu ilə əlaqədar yuxarı rəqəmlər ola bilər. • Müayinədən qabaq 20-30 dəqiqə sakit vəziyyətdə oturun. • Siqaret,alkoqol nəticəyə təsir göstərir. • Prolaktinin miqdarında cüzi kənaraçıxma olduqda analiz təkrarlanmalı.(Çünki qangötürmə stress faktor olaraq prolaktini artıra bilər). • Əgər prolaktin yüksəkdirsə ,makroprolaktin yoxlanılmalı. • Makroprolaktin nədir? Bioloji aktivliyə malik olmayan və müalicə tələb etməyən prolaktindir • Prolaktinin immunoqlobulinlərlə birləşməsidir,qandan tədricən çıxmaqla bizdə prolaktini yüksək olması haqqında səhv fikir formalaşdırır. Beləliklə analizi düzgün qaydada verin və ən əsas makroprolaktini yoxlayın. Bu analiz sizdə həqiqi prolaktin yüksəkliyi varmı sualına cavab olacaq.

6 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Hipofizar kaxeksiya Ümumi məlumat: Hipofizar kaxeksiya – birincili hipofizar çatmamazlıq hesab olunur ki, bu zaman hipofiz hormonlarının çoxunun sekresiyasının pozulması baş verir. Bunun nəticəsində periferik endokrin vəzlərin ikincili hipofunksiyası inkişaf edir. Səbəbləri: Bu patologiyanın əsas səbəbləri travmalar, infeksiyalar ( sepsis, ensefalitlər, vərəm, sifilis), damar pozğunluqlarıdır ( spazm, kollaps). Bunlar da hipofizin ön divarının hipotrofiyası və ya atrofiyasına səbəb olur. Bu da öz növbəsində periferik endokrin vəzlərin aktivliyini stimulyasiya edən hormonların hasil olmasını ləngidir. Klinikası: Xəstəliyin klinikası hipofizin funksiyasının azalma səviyyəsindən asılıdır. Bu zaman insanın çəkisi kəskin olaraq aşağı düşür, kaxeksiya- kəskin arıqlama baş verir. Xəstəlik zamanı elacə də qalxanvari vəzin, cinsiyyət vəzlərinin, böyrəküstü vəzlərin çatmamazlıqları simptomları meydana çıxır. Siz nə edə bilərsiniz: Bu zaman mütləq həkim- endokrinoloqa müraciət etmək lazımdır Həkim nə edə bilər: Həkim xəstəyə tərkibində kifayət qədər zülal, yağ, vitamin olan pəhriz təyin edir. Müvafiq hormonlarla əvəzedici terapiya aparılır. immunitet.az

7 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Həftə sonu əzizlərim,hər birinizə gözəl istirahətlər.Canınız sağ.ömrünüz uzun olsun😊

7 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Diabet zamanı ayaqda hiss itkisi! Hiss itkisi diabetik ayaq yarasının ən əhəmiyyətli səbəblərindən biridir! Diabet xəstələri ayaqlarında ağrı, uyuşma, qarışqa gəzmə hissi, pambıq üstündə getmə hissi və ya möhkəm corab geymə hissi kimi əlamətlər müşahidə edərlərsə mütləq həkimə müraciət etməlidirlər. Çünki his duyğusunun itməsi nəticəsində xəstə ayaqqabısının ayağını sıxıb sıxmadığını anlaya bilməz. Xəstə his itkisi nəticəsində isti-soyuq kimi təsirləri də kifayət qədər qəbul edə bilmədiyi üçün ayağında istilik nəticəsində yaranan zədələri başa düşməyə bilər. Diabet xəstələrinin hər axşam hissizlik səbəbiylə ayaqlarında meydana gələ biləcək yaralara qarşı düzənli olaraq göz müyinəsi etməsi təklif olunur!

8 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Şəkər xəstələri və depressiya Aparılan araşdırmalar şəkərli diabeti olan xəstələrdə depressiya olması faktının digər adamlardan 2 dəfə artıq olduğunu göstərir. Şəkərli diabet xəstəliyi olan adamlar xəstəliklərinin sağalmaz olduğunu bildikləri üçün depressiyaya meyilli olurlar. Xüsusilə də belə xəstələrin mərkəzi sinir sistemində, gözlərində, böyrəklərində, ürək damar sistemində patoloji dəyişikliklər olduğu üçün depressiya riski 2 qat artıq olur. Depressiya xəstələrin hormonal sistemində baş verən dəyişikliklər stress hormonlarının artmasına səbəb olduğu üçün şəkərli diabet xəstələrinin çəkisi də artır. Depressiyada olan xəstələrin əmək qabiliyyəti aşağı düşdüyü üçün onlar az hərəkətli olurlar. Bu səbəbdən də çəkiləri daha da artmağa meyilli olur. Orqanizmində baş verən patoloji dəyişikliklər, artıq çəki şəkərli diabet xəstələrində depressiyanın daha da dərinləşməsinə səbəb olur. Bütün bu problemlərlə yanaşı qanda şəkərin miqdarını nəzarət altında saxlamaq çətin olur. Buna görə də şəkərli diabet xəstələrinin fiziki və ruhi xəstəliklərinin aradan qalxmasına ətrafdakılarında kömək etmələri vacibdir.

9 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Hipofizin hiperfunksiyası Hipofizin ön payının sekresiyası çox vaxt ya vəzdə əmələ gələn xoşxassəli şişlər nəticəsində,ya da hipotalamusun tənzimedici funksiyasının pozulması nəticəsində artır.Adətən hormonların birinin sekresiyası başqalarına nisbətən üstünlük təşkil edir.Çox vaxt bir hormonun sekresiyasının artması digərinin sekresiyasının azalması ilə müşayiət olunur. Somototrop hormonunun hiperfunksiyası zamanı insanlarda qiqantizm və akromeqliya xəstəliyi əmələ gəlir.Hormonun sintezi və sekresiyası uşaqlıq və gənclik yaşlarında artdıqda qiqantizm xəstəliyi əmələ gəlir.Bu xəstələrin bədənləri sürətlə böyüyür,başın ölçüləri isə bədənə nisbətdə zəif inkişaf edir.Xəstənin boyu 2 metrdən uzun olur.Hipersekresiya yetkinlik dövrünün başa çatdığı vaxtdan sonra əmələ gəldikdə isə akromeqaliya xəstəliyi inkişaf edir.Bu zaman bədənin müxtəlif hissələri qeyri mütənasib şəkildə böyüyür.Ən çox əl və ayaq,barmaqlar böyük olur,burun,dil və dodaqlar isə hipetrofiyaya uğrayır. Akromeqaliya və qiqantizm xəstəliyinə tutulmuş şəxslərdə zülal,karbohidrat və s. mübadilə pozğunluqları baş verir,onlarda qanda qlükozanın miqdarı çoxalır.Bu Langerhans adacıqarının yüksək gərginliklə fəaliyyət göstərməsinə görə baş verir.Bu səbəbdən də akromeqaliyalı və qiqantizm xəstələrində şəkərli diabet inkişaf edir. Somotrop hormonunun hiperfunksiyası piy toxumalarının lipoliz prosesini sürətləndirir və qanda sərbəst yağ turşularının əmələ gəlməsinə səbəb olur.

10 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Somatotrop hormon və onun orqanizmdə rolu Somatotrop hormonadenohipofizin lateral hissəsində yerləşən eozinofil hüceyrələrdə sintez edilir. Vəzi toxumasında somatotrop hormonun nisbi miqdarı ( hipofizin qramına 5-15mq) digər hormonların miqdarına nisbətən 1000 dəfəyə qədər artıq olur. Somatotrop hormon zülal strukturuna malikdir. Onun peptid zəncirinə aminturşu qalığı daxildir. Orqanizmdə somatotropun əsas təsiri zülal mübadilsinin və orqanizmin böyüməsinin tənzim edilməsi ilə əlaqədardır. Bu hormonun təsiri nəticəsində sümük, qığırdaq və əzələ toxumalarında, qaraciyərdə və digər daxili orqanlarda zülalların biosintezi sürətlənir. Somatotrop hormonu orqanizmdə aşağdakı funksiyaları yerinə yetirir: – hüceyrə bölünmələrinin sayını artırır, – epifizar qığırdaqların inkişafını stimulyasiya edir, – borulu sümüklərinin inkişafına kömək edir, – insan və heyvanlarda boyun inkişafına səbəb olur, – sümüklərin eninə inkişafına səbəb olur, – əzələ və orqanların inkişafina səbəb olur. immunitet.az

11 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Hansı hallarda diabetlilərə keton testi etmək tövsiyə olunur? Keton testi, ketoasidozun qarşısını almaq baxımından,xüsusilə tip 1 diabet xəstəsi üçün vacibdir. Öz -özünə nəzarət məqsədi ilə evdə diabet xəstələri qlikemiya və qlikozuriyanı kontrolundan başqa keton ölçülməsinində nə zaman və necə edilməsi baxımından da məlumatlı olmalıdırlar. Əgər qan şəkəri 240 mq / dl-dən çox olarsa,hər hansı infeksion vəziyyətində, ürək bulanma və qusma varsa, yüksək qan şəkərini göstərən əlamətlər varsa (çox miqdarda su içmək, çox sidiyə getmə, ağızda quruluq), hamiləlik və həddindən artıq stressin olması halında diabetlilər evdə keton testi etməlidirlər. Testin nəticəsində müsbət olarsa, xəstə təcili olaraq doktoru ilə əlaqə saxlamalıdır!

12 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


ATU .Dissertasiya müdafiə.

12 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Gizli şəkərin əlamətləri. Şəkər xəstəliyinin birinci mərhələsi sayılan gizli şəkərin 7 əlaməti var. Onlar hansılardır? - Həmişə şirin qidalar yemək istəyi, tez-tez acmaq - Son müddət çox arıqlamaq ya da kökəlmək - Gündüzlər yuxulamaq - Qəzəblənmək, birdən əsəbiləşmək - Tərləmənin artması, gecə tərləmək, gecə baş tərləməsi - Halsızlıq, yorğunluq, sıxıntı olması, psixoloji dəyişiklik - Ağız quruması, çox su içmək, çox sidiyə getmək.

13 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Bazedov xəstəliyi Bazedov xəstəliyi (tireotoksikoz, diffuz toksik/tireotoksik ur, ekzoftalmik ur, Qreyvs xəstəliyi) geniş yayılmış endokrin xəstəliklərdən olub, qalxanabənzər vəzinin hiperfunksiyası nəticəsində sekresiyası artmış tiroksinin və triyodtironinin orqanizmə göstərdiyi toksik təsirlə əlaqədardır. Xəstəliyə çox vaxt psixi travmalar, həmçinin infeksiyalar, hipofizin ön payında tireotrop hormonun sekresiyasının artması səbəb olur; irsi amillərin əhəmiyyəti vardır. Ən çox 20-50 yaşlarda, xüsusən qadınlarda təsadüf edir. Xəstəliyi ilk dəfə İrlandiya həkimi Qreyvs təsvir etmişdir. Əsas əlamətlərini isə Merzeburq (Almaniya) həkimi Karl Bazedov təsvir etdiyindən, bunlar “Merzeburq triadası” adlanır: stroma və ya ur (vəzinin böyüməsi), ekzoftalm (gözlərin bərəlməsi) və taxikardiya (ürək təqəllüslərinin tezləşməsi). Bundan başqa, kaxeksiya (kəskin arıqlama), tez yorulma, əllərin əsməsi, tərləmə, əsəbilik, narahatlıq, ağlağanlıq, yuxusuzluq, fikrin dağınıqlığı, yaddaşın pisləşməsi, əmək qabiliyyətinin azalması müşahidə edilir. Əsas mübadilə və bədən temperaturu yüksəlir. Bazedov xəstəliyi zaman ürək-damar, endokrin, sinir sistemlərinin, qaraciyərin və s. fəaliyyəti pozulur. Ağır formaları nevroz, qadınlarda aybaşı siklinin pozulması, sonsuzluq və s. törədə bilər. İlk əlamətlər olan kimi həkimlərə müraciət etmək lazımdır. Xəstə üçün sakit şərait yaradılmalıdır. Müalicədə radioaktiv yod, neomerkazol, rezerpin, anaprilin, pişikotu, üskükotu preparatı təyin edilir. Simptomatik müalicədə Lüqol məhlulu, FİBS, rezerpin, panangin və s. məsləhətdir. Gün ərzində sağlam adamın yoda tələbatı 150 mkq-dır. Qida vitaminli və zülalla zəngin olmalıdır. Tireostatik preparatlar merkazolil və b. effekt vermədikdə cərrahi üsula əl atılır.

14 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Diabetin formaları Diabetin aşağıdakı formaları ayırd edilir: -I tip diabet insulindən asılı diabet və ya, cavan və arıq insanların diabeti. Çox vaxt 40 yaşa qədər insanlarda rast gəlinir. Bu tip insulin çatmazlığı ilə əlaqədardır. Ona görə də insulindən asılı tip adlanır. -II tip diabet və ya insulindən asılı olmayan forma kök və yaşlı insanların diabeti də adlandırmaq olar. 40 yaşdan sonra yaranır. Bu tip diabetdə insulin sintez olunur, lakin orqanizm buna zəif cavab verir və bədəndə insulin çatmazlığı yaranır. II tip diabetin səbəblərinə genetik meyl, piylənmə (çox vaxt normadan artıq yemək nəticəsində meydana çıxan) belə ki, 80-80% bu xəstəlikdən əziyyət çəkənlər artıq çəkidən əziyyət çəkirlər, o cümlədən endokrin sistemin xəstəlikləri, məsələn, hipofiz, qalxanabənzər vəzi, böyrəküstü vəzin qabıq maddəsinin patologiyaları da bura aiddir. Bundan başqa, şəkərli diabet müxtəlif virus xəstəlikləri, qrip, virus hepatiti, herpes, o cümlədən pankreatit və mədəaltı vəzin şişləri nəticəsində də meydana çıxa bilər. İnsulin kifayət qədər sintez olunur, lakin orqanizmin toxumaları insulinə qarşı artıq həssaslığını itirmiş olurlar. İnsulinlə müalicə bütün xəstələrə təyin olunmur, adətən pəhriz və şəkəri salan preparatlar təyin olunur. -Hestasion diabet: hamiləlik zamanı meydana çıxır və çox vaxt doğuşdan sonra ya tamamilə itir və ya yüngülləşmiş formaya keçir. Bu tip diabetin yaranmasının səbəbləri II tip diabetin yaranma səbəblərinə uyğundur. Hestasion diabetin rast gəlmə tezliyi hamilə qadınlarda 2-5% arasında dəyişir. Doğuşdan sonra bu növ diabet tamamilə aradan götürülsə də hamiləlik zamanı bu dölə və ananın sağlamlığına ciddi təhlükə yaradır. Hamiləlik zamanı hestasion diabetin olması qadınlarda II tip diabetlə xəstələnmə risk yardır. Dölə təsiri nəticəsində isə uşağın kütləsinin çox olması, müxtəlif eybəcərlik və inkişaf qüsurları yarada bilər.

15 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


Autoimmun tireoidit Autoimmun tireoidit və ya Haşimoto xəstəliyi kifayət qədər yayılmış qalxanvari vəzi xəstəliyidir. Haşimoto xəstəliyi qalxanvari vəzinin və həmçinin immun sisteminin xroniki xəstəliyidir. Xəstəlik qadınlarda daha tez-tez inkişaf edir. Haşimoto xəstəliyi zamanı xəstənin immun sistemi öz sağlam qalxanvari vəzi hüceyrələrini (bu hüceyrələr "tireositlər" adlandırılır) "yad" hüceyrələr kimi qəbul edərək onları məhv etməyə başlayır. İlkin mərhələlərdə xəstəlik simptomsuz keçir. Daha sonra immun sisteminin hücumuna cavab olaraq qalxanvari vəzi öz funksiyasını artırır. Bu isə hipertireozun (qalxanvari vəzinin fəaliyyətinin artması) simptomlarının inkişafına səbəb olur - taxikardiya (nəbzin sürətlənməsi), kəskin arıqlama, güclü tərləmə, əllərin əsməsi, əsəbilik, əhvalın tez-tez dəyişilməsi, yuxusuzluq və s. Xəstəlik inkişaf etdikcə qalxanvari vəzinin hüceyrələri tədricən məvh olur və nəticədə xəstədə hipotireozun (qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi) simptomları meydana çıxır - çəkinin "səbəbsiz" artması, dərinin quru olması, saçların tökülməsi, daim yorğunluq, yuxululuq, nəbzin zəifləməsi, yaddaşın pozulması və s. Xəstəlik uzun illər ərzində inkişaf edir. Adətən xəstədə qalxanvari vəzi böyüyür, "zob" əmələ gəlir. Xəstəliyin ilk simptomlarında endokrinoloqa müraciət etmək lazımdır. Diaqnozun dəqiqləşdirilməsi üçün həkim xəstəyə qalxanvari vəzi hormonlarının analizini təyin edir. Bundan əlavə xəstənin qanında xüsusi anticismlərin aşkar olunması üçün analiz keçirilir və USM aparılır. Haşimoto xəstəliyi olan insan daim endokrinoloqun nəzarətində olmalıdır. Xəstəyə hormonal müalicə təyin olunur (çatışmayan qalxanvari vəzi hormonları). Bu dərmanları xəstə həyatın sonuna kimi qəbul etməlidir. Həkimlərin fikirinə görə, yod preparatlarının, müxtəlif bioloji-aktiv əlavələrinin (dəniz yosunları və s.) səbəbsiz olaraq qəbulu Xaşimoto xəstəliyinin əsas risk faktorudur. Yodun orqanizmə lazım olandan az miqdarlarda daxil olunması qalxanvari vəzinin funksiyasına mənfi təsir edir. Lakin yodun həddən artıq miqdarlarda daxil olması da çox ziyanlıdır və vəzin funksiyasını pozur.

16 Days ago
aytenbabakhanova

Endokrinoloq, PHD, Dr. Aytən

@aytenbabakhanova


Comment from Endokrinoloq, PHD, Dr. Aytən:


HİPOQLİKEMİYA NİYƏ TƏHLÜKƏLİDİR? Yəqin artıq anladınız ki, qanda şəkərin daim yüksək olması orqanizm üçün zərərlidir və diabetin fəsadlaşmasına aparır. Lakin qanda şəkərin həddən artıq aşağı olması da daim yüksək göstəricilərdən (hipoqlikemiya) az zərərli deyil. Hipoqlikemiya – qanda şəkərin aşağı olmasıdır. Qlükoza göstəricisinin 3.9 mmol/l-dan aşağı olması. Hipoqlikemiyaya aşağıdakı faktorlar səbəb ola bilər: • Bəzi şəkərsalıcı preparatların qəbulu. • Uzunmüddətli fiziki aktivlik (bağda, evdə işləmək, idmanla məşğul olmaq). • Qida qəbulunda müntəzəmliyin pozulması. • Alkoqol. Hipoqlikemiya aşağıdakı simptomlarla xarakteriza olunur: titrəmə, rəngdə solğunluq, tərləmə, aclıq hissi, ürəkbulanma, zəiflik, başağrısı, başgicəllənmə, yuxululuq, orientasiyanın pozulması, davranışda pozulmalar. Yadda saxlamaq lazımdır ki, bəzi insanlarda hipoqlikemiya simptomsuz keçə bilir və onu yalız qlükometr qanda şəkərin səviyyəsini yoxlayan zaman öyrənmək olar. Hipoqlikemiyanı vaxtında aradan qaldırmaq lazımdır. Bunun üçün həmişə yanınızda bir neçə ədəd qənd və ya bir paket şirə (məsələn, üzüm şirəsi) saxlamalısınız. Xarakter simptomlar meydana çıxdığı zaman dərhal dörd parça qənd və ya 200 ml şirə içmək lazımdır. Aşağı şəkər yüksək şəkər kimi orqanizmə böyük ziyan vurur. Əgər hipoqlikemiyanın ilk əlamətlərini zamanında görmək və dərhal tədbir həyata keçirmək mümkün olmazsa, huşun itirilməsi ilə müşaiyət olunan ağır hipoqlikemiya inkişaf edə bilər. Keçirilən ağır hipoqlikemiya orqanizmə təsirsiz ötüşmür. O, insult və ya infarktın yaranmasına səbəb ola bilər. Bundan başqa hipoqlikemiyanın nə olduğunu öz üzərində təcrübədən keçirən pasientlər növbəti hipoqlikemik epizodun inkişafının qarşısını almaq üçün hər ehtimala qarşı yeməklərarası kiçik qida porsiyaları qəbul edirlər. Bu da öz növbəsində artıq çəkiyə gətirib çıxarır.

17 Days ago